Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Volvo” markalı nəqliyyat vasitəsi saxlanılıb.
Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.