Qırğızıstandan təklif: türkdilli ölkələrin lider qadınlarından ibarət platforma yaradılsın

Dünya

12.06.2025 - 20:45

cedabet dərman SEO Xidməti

"Qadın sahibkarlığının inkişafı, gender strategiyalarının hazırlanması da bizim vəzifələrimiz sırasındadır”

Türkdilli ölkələrin lider qadınlarından ibarət platformanın yaradılması təklif edilir. AYNA.AZ xəbər verir ki, bu təşəbbüsü Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Kyyal Januzakova Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətə cavabdeh olan nazir və struktur rəhbərlərinin ikinci iclasında irəli sürüb.

"Qadın sahibkarlığının inkişafı, gender strategiyalarının hazırlanması da bizim vəzifələrimiz sırasındadır. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün büdcə formalaşdırmaq lazımdır. Bu gün davamlı inkişaf strategiyalarının həyata keçirilməsi bizim üçün çox vacibdir", - o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş