Qırğızıstan Prezidenti Füzuliyə gedib

Xəbərlər

25.04.2024 - 11:34

Sadır Japarovu Prezident İlham Əliyev qarşılayıb

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

AYNA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Müəllif: Ayna.az