"Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb" - Müdafiə Nazirliyi

Xəbərlər

21.08.2023 - 22:17

Nazirlik: "Qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb"

Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə "Ural" markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş