Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - FOTOLAR

Aktual

30.07.2024 - 10:14

Həkimlər Klinikalar SEO Xidməti

Sel hər yanı yuyub, körpülər uçub - Tovuz sakinləri yardım istəyirlər

Tovuz rayonunun dağ kəndlərinə yağan leysan xarakterli yağış Zəyəm çayında sel və daşqınlara səbəb olub. Rayonun Yanıqlı kənd inzibati ərazi dairəsinə tabe olan Məşədilər kəndinin körpüsü qəzalı vəziyyətə düşüb. Sel körpünün dəmir sütunlarını yuyub. Min nəfərə yaxın əhalisi olan kəndin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib.

Piyadaların keçidi üçün quraşdırılan kiçik körpüləri də sel aparıb. Körpüyə bitişik qaz xətti də təhlükəli vəziyyətdədir.

Kənd sakini İlqar Qasımov AYNA-ya açıqlamasında deyib ki, sel körpünü aparacağı təqdirdə, qaz xəttini də sıradan çıxacaq: “Rayonla əlaqə kəsilib. Maşınların keçməsi mümkün deyil. Ürək edən sakinlər adlayır üstündən. Körpüyə bitişik qaz xətti keçir. Körpünü sel aparsa, qaz xəttini də sel aparacaq”.

Digər sakin Saməddin İsrafilovun sözlərinə görə, evdə iki xəstəsi var, amma sel körpünü apardığı üçün xəstələrini müalicəyə apara bilmir: “Camaatımız o tərəfdə qalıb, keçə bilmirik. Trosla bağlamışıq ki, tamam yıxılmasın. Amma su artsa, onun da xeyri olmayacaq. Yolumuzla bərabər qazımız da kəsiləcək. Evdə xəstəsi olan var, işi olan var. Şəxsən mənim evimdə iki xəstə var, müalicəyə apara bilmədim”.

Dağlardan gələn sel sularının miqyası genişlənməkdə davam edir. Qəribli inzibati ərazi dairəsinə tabe olan İsakənd kəndində də körpü yararsız hala düşüb. Çay ətrafı əkin sahələri və bağlar da sel sularına qərq olub.

Bununla yanaşı, ətraf ərazilərdəki kiçik təpəciklərdə də torpaq sürüşməsi baş verib. Tovuz Rayon İcra Hakimiyyətinin nəzdindəki Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb.

Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" - Qərb bölgəsində təbii fəlakət: təbiət min nəfəri "girov götürüb" -
Müəllif: İlham Mustafa

Pin up casino Pin-up casino giriş