Deputat İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb
Ötən gün müalicə aldığı xəstəxanada vəfat edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə Bakıdakı Heydər məscidində vida mərasimi keçirilib.
AYNA xəbər verir ki, mərasimdə mərhum millət vəkilinin həmkarları, dövlət qurumlarının rəsmiləri, ailə yaxınları, dostları iştirak ediblər.
Vida mərasimindən sonra Q.Paşayevanın cənazəsi İkinci Fəxri xiyabana gətirilib. Deputat xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
