65 yaşlı Maral Abdurəhmanovanın meyiti Türyançaydan tapılıb
Qəbələdə çaydan qadın meyiti tapılıb. AYNA xəbər verir ki, hadisə rayon ərazisindən axan Türyançayda baş verib.
Qəbələnin Savalan kənd sakini 65 yaşlı Maral Abdurəhmanovanın meyiti Türyançaydan tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.