Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır

Xəbərlər

19.02.2021 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar

 

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş