Qazaxıstanda 140-dan çox məktəbli qidadan zəhərlənib

Dünya

08.09.2024 - 18:48

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda regionda xüsusi qərargah yaradılıb

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

AYNA-nın məlumatına görə, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, - məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş