Qazaxıstan XİN Azərbaycanı təbrik edib

Xəbərlər

18.10.2020 - 11:19

Bu barədə nazirlik rəsmi “Twitter” səhifəsində paylaşım edib

 

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

 

AYNA xəbər verir ki, bu barədə nazirlik rəsmi “Twitter” səhifəsində paylaşım edib.

 

Təbrikdə deyilir: “Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Tərəqqi və firavanlıq arzu edirik!”.

Müəllif: Ayna.az