Qazaxıstan və Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə logistika infrastrukturu layihələrini müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qazaxıstan XİN-in İnvestisiya Komitəsinin sədri Qabidulla Ospankulov ilə Gürcüstanın bu ölkədəki səfiri Levan Diasamidze arasında keçirilən görüşdə müvafiq məsələlər nəzərdən keçirilib.
Tərəflər aqrar-sənaye kompleksi, logistika və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini, həmçinin qarşılıqlı iştirak yolu ilə əməkdaşlığın genişləndirilməsi də daxil olmaqla iqtisadi-ticari və investisiya əlaqələrinin inkişaf imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan TBNM Çin və Avropa ölkələrini Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə birləşdirir.