Qazaxıstan aviaşirkətlərinə İran üzərindən uçuşları dayandırmaq tövsiyə edilib

Dünya

02.10.2024 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Uçuşların təhlükəsizliyini təmin etmək üçün aviaşirkətlərə alternativ marşrutlar seçmək tələb olunub

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi Qazaxıstan aviadaşıyıcılarına İranın hava məkanına daxil olmamağı tövsiyə edib. AYNA qazax mediasına istinadən bildirir ki, bu barədə Komitənin açıqlamasında qeyd olunub.

Uçuşların təhlükəsizliyini təmin etmək üçün aviaşirkətlərə alternativ marşrutlar seçmək tələb olunub.

Qeyd edilib ki, sərnişinlər və təyyarə heyətləri üçün riskləri minimuma endirmək üçün tədbirlər görülür.

Qeyd edək ki, İran mülki aviasiyası ötən gecə İranın hava məkanında uçuşların oktyabrın 2-si yerli vaxtla saat 10:00-a qədər ləğv edildiyini açıqlamışdı.

Müəllif: Ayna.az