Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb

Hadisə

21.07.2025 - 11:57

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb

Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb.

AYNA.AZ "Report"a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş