Hadisə Quşçu Ayrım kəndində baş verib
Qazaxda bədbəxt hadisə baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndinə qeydə alınıb.
Kənd sakinləri olan 12 yaşlı Cavad Nuriyev və bacısı 14 yaşlı Nuray Nuriyeva təsərrüfatda qoyun otaran zaman yanlarında mina partlayıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Nabat Nuriyevanın vəziyyətinin normal olduğu, qardaşı Cavad Nuriyevin isə əl və üzündən müxtəlif xəsarətlər aldığı bildirilir.