Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib
Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.