Qazaxda düşmən təxribatının qarşısı alınıb

Hadisə

27.03.2020 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Mövqelərimiz iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub

 

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

 

Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş