Polis "Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirib
Qazaxda çətənə kolları məhv edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.