Qazax sakini göldə boğulub

Hadisə

17.07.2025 - 14:20

Rayon sakinləri olan ata və övladı kənddə göldə çimən zaman suda batıblar

Qazax rayonunda bədbəxt hadisə baş verib.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Rayon sakinləri olan ata və övladı kənddə göldə çimən zaman suda batıblar. Ata suda boğulub, övladı xilas olunub.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş