Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Faktla bağlı araşdırma aparılır.