Qaxda 4 tondan çox çətənə kolu məhv edilib

Xəbərlər

30.05.2026 - 10:48

Polis “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər həyata keçirib

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş