Qarsda Ermənistan-Türkiyə işçi qrupunun iclası keçirilib

Dünya

29.04.2026 - 09:12

Tərəflər Gümrü-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda nəqliyyat infrastrukturunun genişləndirilməsi kontekstində Gümrü-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş