“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşib

İdman

28.07.2022 - 11:53

Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

AYNA Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə