Tramp bu gün zəruri açıqlama verəcək

İdman

27.10.2019 - 15:49

Tramp "Twitter" səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım etmişdi

 

ABŞ prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 17:00-da - red) zəruri açıqlama verməyə hazırlaşır.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

"ABŞ prezidenti sabah səhər saat 9:00-da Ağ Evdən zəruri açıqlama verəcək", - deyə Ağ Evin yaydığı xəbərin mətnində bildirilir.

 

Daha əvvəl ABŞ lideri özünün "Twitter" səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım edib. Lakin Donald Tramp söhbətin nədən getdiyini açıqlamayıb. 

 

ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur.

 

Müəllif: Ayna.az