Qarabağda üç erməni hərbçinin cəsədi aşkarlanıb

Xəbərlər

17.01.2021 - 21:49

Hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda tapılıb

 

Qarabağda aparılan axtarışlarda müharibə zamanı itkin düşmüş daha üç erməni hərbçinin meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Bildirilib ki, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb.

 

Bununla da Qarabağda indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

Müəllif: Ayna.az