Qarabağda sərnişindaşıma marşrutları təşkil ediləcək

Xəbərlər

03.12.2020 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

İşğaldan azad olunan kənd və qəsəbələrdə müntəzəm sərnişindaşıma marşrutunun təşkili nəzərdə tutulur

 

Azərbaycanın işğaldan azad edilən ərazilərində əhalinin yenidən məskunlaşması üçün inşa olunacaq kənd və qəsəbələrdə müntəzəm sərnişindaşıma marşrutunun təşkili nəzərdə tutulur. Bu barədə AYNA-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, ilk olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyətinin göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə, həmçinin paytaxt Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və sair) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi planlaşdırılır.

 

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş