“Qarabağ” – “Linkoln” matçına 18 min 500 bilet satılıb

İdman

19.07.2023 - 16:58

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi cavab oyununa 18 min 500 bilet satılıb. AYNA xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş bu gün saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Müəllif: Ayna.az