İlk oyunda olduğu kimi, cavab matçında da "Qarabağ" qələbə qazanıb
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
AYNA xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"ın qonağı olub. Qarşılaşma qolsuz başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Sumqayıt" adını yarımfinala yazdırıb.
Günün ikinci matçında isə “Keşlə” və “Qarabağ”la üz-üzə gəlib. İlk oyunda olduğu kimi, cavab matçında da "Qarabağ" qələbə qazanıb - 3:1.
Xatırladaq ki, artıq “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
20 dekabr
“Sumqayıt” – “Neftçi” - 0:0 ( İlk oyun 1:0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 17:00.
İlk oyun – 1:0.
“Keşlə” – “Qarabağ” - 1:3
Qollar: Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2),Xəzər Mahmudov, 67 (1:2), Toral Bayramov, 90+3 (1:3)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.
Bayıl. “ASCO Arena”, 20:00.
İlk oyun 0:1.