Azərbaycan voleybolçuları "Dördlər finalı"na yüksəlmək şansını itirib

İdman

04.06.2021 - 23:25

Voleybolçularımız gücü cəmi 1 setə çatıb

 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

 

AYNA-nın məlumatına görə, yığmamız Qızıl Avropa Liqasında ikinci dövrəyə start verib.

 

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransadakı dövrəyə İspaniya ilə görüşlə start verib. İlk üç görüşdə xal qazana bilməyən millimiz yenə də rəqibi qarşısında aciz qalıb. Voleybolçularımız gücü cəmi 1 setə çatıb. Nəticədə yenə xal qazana bilməyən yığmamız “Dördlər finalı” arzusunu dəfn edib.

 

Qeyd edək ki, yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq.

 

Qızıl Avropa Liqası


II dövrə


IV tur, 4 iyun


20:00. İspaniya – Azərbaycan - 3:1 (25:19, 22:25, 25:21, 25:14)


Hakimlər: Olivye Julye (Fransa), Vitor Alexandre Qonsalveş (Portuqaliya)


Marehal Harnes regional idman zalı

Müəllif: Ayna.az