Həmin şəxslərdən üç ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkarlanıb
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov qanunsuz ov etdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslərdən üç ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkarlanıb.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.