Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

24.01.2022 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxsdən ov tüfəngi, patronlar və ovladığı çöl heyvanı aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Soyulan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakini Savalan Məmmədov saxlanılıb. 
Həmin şəxsdən ov tüfəngi, patronlar və ovladığı çöl heyvanı aşkar edilib. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş