Qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

Xəbərlər

01.11.2023 - 18:12

Akt tərtib olunub, Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti birgə nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, qanunsuz ov edən şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb və təbiətə 7 601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş