Bu gün MSK daha 4 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb. AYNA xəbər verir ki, müraciətdə dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.
MSK üzvü İlham Məmmədovun verdiyi məlumata görə, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verildiyi ortaya çıxıb. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.