Yemelyanenko 7 günlük həbs edildi

İdman

22.01.2020 - 03:09

İçkili vəziyyətdə olan Yemelyanenko davranışlarına nəzarət edə bilməyib

 

Rusiyanın MMA döyüşçüsü Aleksandr Yemelyanenko 7 günlük həbs edilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, idmançı ictimai asayişi pozduğuna görə məhkum edilib. İddianaməyə əsasən, içkili vəziyyətdə olan Yemelyanenko “İdman” istirahət mərkəzində davranışlarına nəzarət edə bilməyib.

 

İdmançını tutan polis ona qarşı inzibati protokol tərtib edərək xuliqanlığa görə həbs edib.

Müəllif: Ayna.az