“Qalatasaray”dan gözlənilməz məğlubiyyət

İdman

04.03.2021 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

 “Qalatasaray”ın bu turdakı rəqibi turnir cədvəlinin sonuncusu “Ankaragücü” olub

 

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir. AYNA xəbər verir ki, ötən gün daha beş qarşılaşma baş tutub.

 

“Ərzurumspor” – “Fatih Karagümrük”, “Başakşəhər” – “Konyaspor” və “Sivasspor” – “Hatayspor” oyunlarında qalib müəyyənləşməyib. “Kayserispor” – “Rizəspor” görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

 

Lider “Qalatasaray”ın bu turdakı rəqibi turnir cədvəlinin sonuncusu “Ankaragücü” olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

 

Türkiyə Super Liqası
28-ci tur
3 mart

Ərzurumspor – Fatih Karagümrük 2:2
Qol: Şaheşuhe, 17-pen. O.Çelik, 63 – Sobiex, 30. Kastro, 53.

 

Başakşəhər – Konyaspor 1:1
Qol: D.Ba, 85 – Çikalleşi, 79.

 

Sivasspor – Hatayspor 1:1
Qol: Yatabare, 54 – Diuf, 59.

 

Ankaragücü – Qalatasaray 2:1
Qol: İ.Akdağ, 45+1-pen. Lodjanidze, 55 – K.Aktürkoğlu, 90+2.

 

Kayserispor – Rizəspor 2:1
Qol: Muhar, 48. İ.Parlak, 77 – Samu, 73.

Müəllif: Ayna.az