Qalada qanunsuz tikililər sökülüb - VİDEO

Xəbərlər

27.03.2024 - 13:04

Qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya bildirilib ki, bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ayna.az