Qadın həbsdəki oğluna telefon keçirmək istəyib

Xəbərlər

04.12.2023 - 18:05

Sovqatdakı paltonun cibində gizlədilmiş bir ədəd “iPhone” markalı mobil telefon aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.

Bildirilib ki, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş bir ədəd “iPhone” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az