Putinlə Paşinyan arasında telefon danışığı: Qarabağ müzakirə olunub

Xəbərlər

24.08.2022 - 15:18

cedabet dərman SEO Xidməti

Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.

“Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam edib. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi bir daha təsdiqləndi. Eyni zamanda, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolu qeyd edilib”, - Kremlin yaydığı məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş