Putin və Ərdoğan Trampla danışıqların nəticələrini müzakirə ediblər

Dünya

20.08.2025 - 17:13

Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Alyaskada ABŞ lideri Donald Trampla danışıqların nəticələrini müzakirə edib. AYNA.AZ xəbər verir ki, Kremldən verilən məlumata görə, liderlər arasında telefon danışığı olub.

"Rusiya Prezidenti Alyaskada keçirilən Rusiya-Amerika görüşünü dəyərləndirib. Liderlər həmçinin Ukrayna ətrafında vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər. Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib", - Kremldən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş