"Rusiya Prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək"
Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək bütün liderlərlə görüşlər keçirməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan məlumatda qeyd olunub.
"Rusiya Prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək", - Kremldən bildirilib.
Qeyd olunur ki, 40-a yaxın dövlətin nümayəndəsi BRİKS “plus/outreach” formatında sammitin yekun iclasında iştirak etməyi planlaşdırır. Xüsusilə, bunlara MDB, Asiya və Latın Amerikası ölkələri daxildir.