“Qlobal mal ixracının təxminən dörddə biri BRİKS-in payına düşür”
“BRİKS ölkələrinin ümumi ÜDM-i 60 trilyon dollardan çoxdur. Qlobal ümumi məhsulda ümumi pay inamla G7 ölkələrinin göstəricilərini üstələyir və artmaqda davam edir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri, Rusiya Prezidenti Vladimir Putin BRİKS biznes forumunun plenar iclasında deyib.
Putin qeyd edib ki, qlobal mal ixracının təxminən dörddə biri BRİKS-in payına düşür.
Qeyd edək ki, sentyabr ayında Putin BRİKS-də müstəqil “ödəniş və hesablaşma sxemi” üzərində işləndiyini bəyan edib.