Prezidentlər klassik avtomobil sərgisində - FOTOLAR

Xəbərlər

18.05.2022 - 22:47

Azərbaycan və Litva prezidentləri Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

AYNA xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib. Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.

Prezidentlər klassik avtomobil sərgisində - Prezidentlər klassik avtomobil sərgisində - Prezidentlər klassik avtomobil sərgisində - Prezidentlər klassik avtomobil sərgisində - Prezidentlər klassik avtomobil sərgisində - Prezidentlər klassik avtomobil sərgisində -
Müəllif: Ayna.az