Prezidentin köməkçisindən əhaliyə çağırış

Aktual

04.10.2020 - 20:58

Həkimlər Klinikalar SEO Xidməti

Məhərrəm Əliyev: “Hər kəs müəyyən olunmuş qayda-qanuna ciddi riayət etsin”

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir. AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev bildirib ki.

 

Prezidentin köməkçisi deyib ki, ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur: “Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır. Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən olunmuş qayda-qanuna ciddi riayət etsin. Bir qədər təmkinli olaq, səbir nümayiş etdirək, Qələbə bizimlədir – Qarabağ Azərbaycandır!”.

Müəllif: Ayna.az