Prezidentin köməkçisi: "Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir"

Siyasət

10.10.2020 - 15:54

Hikmət Hacıyev brifinqdə çıxış edib 

 

“Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, Minsk qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə iştirakı yaxından gözlənilir.

Müəllif: Ayna.az