Prezidentin köməkçisi: "Media savadlılığı artırılmalıdır"

Xəbərlər

20.07.2025 - 13:05

"Sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”

"Azərbaycan cəmiyyəti media ilə sıx işləyir". AYNA.AZ xəbər verir ki, bu sözləri  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev deyib ki ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş