Prezidentin köməkçisi: “Gəncəyə dörd yeni raket düşüb”

Siyasət

04.10.2020 - 12:51

Hikmət Hacıyev: “Azərbaycan adekvat tədbirlər görmək hüququnu saxlayır”

 

“Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır”.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

 

“Ermənistanın Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələrinin nəticələri. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. Gəncəyə dörd yeni raket düşüb”, - deyə H.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az