Prezidentin köməkçisi “Şöhrət” ordeni ilə təltif edilib
Prezidentin köməkçisi - hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edilib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, M.Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.