Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib

Xəbərlər

03.12.2024 - 11:37

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev Mavritaniya və El-Salvadorun yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadinin etimadnaməsini qəbul edib.

AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Prezident İlham Əliyev həmçinin dekabrın 3-də El-Salvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.

Bununla yanaşı, Prezident Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib
Müəllif: Ayna.az