Prezident və birinci xanım Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Xəbərlər

12.12.2022 - 10:46

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

AYNA-nın xəbərinə görə, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüblər.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş