Mehriban Əliyeva Anım Günü Füzulidən paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Füzuli rayonundan paylaşım edib.
AYNA xəbər verir ki, M.Əliyeva paylaşımına “Anım Günü. Füzuli rayonu. 27.09.2022” şərhini əlavə edib.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci vitse-prezident Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.





