Baş nazirin müavini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Şahin Mustafayev Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ş.Mustafayev Baş nazirin müavinidir.